Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gülünc və məntiqsiz test sualları  sınaq imtahanına neçə düşür?

Tərtib olunan sualda saatda 200 km sürətlə uçan milçəkdən danışılır...

Təhsil-eksperti: “Bu sual Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmayıb. Yəni sual Dövlət İmtahan Mərkəzinə məxsus sual deyil”.

“Belə suallar müəyyən insanlar tərəfindən dövriyyəyə buraxılır və bunlar şagirdlərdə yalnış bilgi formalaşdırır”.

Bu sözləri təhsil-eksperti Elçin Əfəndi gülünc və məntiqsiz test suallarının sınaq imtahanına salınmasını PİA.az-a şərh edərkən qeyd edib.

Sosial şəbəklərdə ümumi sınaq imtahanlarının test sualı paylaşılıb. Tərtib olunan məsələdə saatda 200 km sürətlə uçan milçək Naxçıvandan Bakıya gələn avtobusla yarışır və avtobusun şüşəsinə dəyərək istiqamətini dəyişib geriyə uçur və bu dəfə də qarşıdan gələn kamazın şüşəsinə çırpılaraq yenidən Bakıya doğru uçmağa başlayır.

Belə gülünc və məntiqsiz test suallarının yaradılmasını və sınaq imtahanlarına daxil edilməsini necə dəyərləndirmək olar? Dövlət İmtahan Mərkəzinin bu şəkildə gülünc məsələləri sınaq imtahanına salması doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil-eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Görünən budur ki, heç bir qaydaya, formata uyğun suallar hazırlanmır”.

Hərənin ağlına və ağzına nə gəldi sual yazıb hazırlayıb, nəşr elətdirdiyini vurğulayan ekspert PİA.sz-a bildirib ki, bu da təbii olaraq şagirdlərin beyinlərini qarışdırır:

“Öncə onu qeyd edim ki, bu sual Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmayıb. Yəni sual Dövlət İmtahan Mərkəzinə məxsus sual deyil. Ümumiyyətlə, suallar müxtəlif təşkilatlarda fərqli-fərqli şəxslər tərəfindən yazılır.

Görünən budur ki, heç bir qaydaya, formata uyğun suallar hazırlanmır. Bu tipli suallar nə Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi test qaydalarına uyğun deyil, nə də yeni təhsil sisteminin əsasında deyil. Hərə ağlına və ağzına nə gəldi sual yazıb hazırlayır. Sonra da nəşr elətdirir. Bu da təbii ki, şagirdlərin beyinlərini qarışdırır. Müəyyən informasiyada yanlışlığa yol verilir. Əlbəttə, bunlar doğru deyil.

Elçin Əfəndi: “Valideynlər bu sahə üzrə ixtisaslaşmış, formalaşmış müəyyən təşkilatların keçirdiyi imtahanlara övladlarını göndərməlidirlər”.

Konkret olaraq sualların hazırlanmasında Dövlət İmtahan Mərkəzinin xüsusi vəsaitlərindən istifadə etmək lazımdır. Yəni onlara baxıb o istiqamətdə sualların hazırlanması daha məqsədəuyğundur.

Eyni zamanda da valideynlər ehtiyyatlı olmalıdırlar. Valideynlər bu sahə üzrə ixtisaslaşmış, formalaşmış müəyyən təşkilatların keçirdiyi imtahanlara övladlarını göndərməlidirlər. Belə suallar müəyyən insanlar tərəfindən dövriyyəyə buraxılır və bunlar şagirdlərdə yalnış bilgi formalaşdırır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar